Zelenski Böyük Britaniyanın XİN ilə görüşüb

25 Noyabr 2022 15:23 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlini qəbul edib.

Aznews.az Report.az-a istinadən xəbər verir ki, britaniyalı nazir bu barədə tviter səhifəsində yazıb.

C.Kleverli bildirib ki, krallıq sözdə deyil, əməldə də Ukraynanı dəstəkləyir: “Bu gün mən sizə söz verdim. Britaniya ona əməl edəcək”.

Zelenski görüşlə bağlı video paylaşıb və nazirə səfərinə görə təşəkkür edib.