BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanda qadın məhbuslara çox gözəl şərait yaradılıb”

25 Noyabr 2022 15:47 (UTC+04:00)

17 aydır ki, Azərbaycanda fəaliyyət göstərirəm. İlk dəfədir ki, cəzaçəkmə müəssisəsinə gəlirəm”.
Aznews.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.

O bildirib ki, Azərbaycanda qadın məhbuslara çox gözəl şərait yaradılıb:
“Onların peşə öyrənmələri üçün yaradılan şərait təqdirəlayiqdir. Mən qadın məhbuslar tərəfində hazırlanan şirniyyatların dadına baxdım, onların əl işləri ilə tanış oldum. Bu qadın məhbusların cəzaçəkmə müəssisəsində vaxtlarını səmərəli keçirməsinə hesablanıb. Lakin bu peşələr cəza müddəti bitdikdən sonra yeni həyatlarında da onlara kömək olacaq”.

Vladanka Andreeva qeyd edib ki, Azərbaycan Ombudsmanı ilə birgə qadın zorakılığına qarşı mübarizə tədbiri çərçivəsində müəssisəni ziyarət ediblər: “Biz eyni zamanda Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Səfər çərçivəsində bölgələrdə olan qadınların fəaliyyət sahəsini genişləndirilməsinə çalışacağıq".