Azərbaycan və Gürcüstan XİN konsulluq məsələləri ilə bağlı məsləhətləşmələr keçirir

25 Noyabr 2022 15:48 (UTC+04:00)

Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında konsulluq məsələləri ilə bağlı məsləhətləşmələrin növbəti raundu keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan nümayəndə heyətinə Gürcüstan XİN-in konsulluq departamentinin direktoru Giorgi Tabatadze rəhbərlik edir. Keçirilən iclaslarda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edir.

Aznews.az