Avtobus qəzasında 12 nəfər öldü, 35-i yaralandı

8 İyul 2013 19:59 (UTC+04:00)
Pakistanın Dadu şəhərində sərnişin avtobusu aşıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza nəticəsində 12nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Ölən və yaralananlar arasında uşaqların və qadınların da olduğu bildirilib.

Səlahiyyətlilər tərəfindən verilən məlumatda ölənlərdən 5-nin kişi, 3-nün qadın, 4-ünün isə uşaq olduğu deyilib.

Yaralılardan bəzilərinin həyati təhlükəsinin davam etdiyi qeyd olunub. Ölü sayının artacağı təxmin edilir.

AzNews.az