Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan Orta Dəhlizə dair Yol Xəritəsi imzalayıb

25 Noyabr 2022 16:41 (UTC+04:00)

Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıb.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tədbirin sonunda bütün tərəflər eyni vaxtda darboğazların aradan qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıblar ki, bu da razılaşdırılmış iş prinsiplərini, o cümlədən dəqiq parametrlərin icra müddəti və məsul tərəflər qeyd olunmaqla həyata keçirilməsini nəzərdə tutan konkret layihələri nəzərdə tutur. Sazişlərin həyata keçirilməsi 2025-ci ilə qədər dəhliz boyu keçid qabiliyyətini ildə 10 milyon tona çatdırmağa imkan verəcək”, - Qazaxıstan XİN-dən bildirilib.