MN: "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb"

26 Noyabr 2022 11:15 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Aznews.az xəbər verir ki, "Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.