Erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar etməyə cəhd göstərən kvadrokopteri ələ keçirilib

26 Noyabr 2022 13:08 (UTC+04:00)

Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib.

Aznews.az xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.