Beynəlxalq konfransın iştirakçıları Ağdama səfər edib

26 Noyabr 2022 13:23 (UTC+04:00)

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər ediblər.

Aznews.az xəbər verir ki, beynəlxalq ekspertlər Ağdamda səfərdədirlər.

Burada onlar bölgədə aparılan bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıb.