Azərbaycan Prezidenti İsraildə səfirlik açılması ilə bağlı qanunu təsdiqləyib

26 Noyabr 2022 17:37 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Aznews.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyi təsis ediləcək.