Türkiyənin milli müdafiə naziri Akar İraq sərhədində gedib

27 Noyabr 2022 15:35 (UTC+04:00)

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar onu müşayiət edən TSK komandanlığı eşalonu ilə İraq sərhədindəki qoşunlarda yoxlamalar aparır.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir Akar bütün gecəni Quru Qoşunları Komandanlığı Hərəkat Mərkəzində işlədikdən sonra səhər saatlarında sərhəd xəttinə hərəkət edib.

Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə Hakkari Yüksekova Səlahəddin Əyyubi Hava Limanına gələrək 3-cü Piyada Diviziyasına gediblər.

Nazir Akarı müşayiət edən TSK komandanlıq eşelonunun və sərhəd xəttindəki bölmələrin yoxlamaları davam edir.

Aznews.az