Ərdoğan İƏT-in iclasında çıxış edib

28 Noyabr 2022 12:53 (UTC+04:00)

İslam ölkələri böhranları fürsətə çevirməlidir.

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclasında çıxış edərkən deyib.

O bildirib ki, baş verən geriləmələrlə bağlı dünyada hələ də müsbət xəbərlər yoxdur.

Ərdoğan, həmçinin, bir daha “Taxıl sazişi”nin imzalanmasının və müddətinin uzadılmasının Türkiyənin vasitəçiliyi ilə mümkün olduğunu xatırladıb.

Pərvanə