Britaniya səfiri Gəncədə ağac əkib

28 Noyabr 2022 13:04 (UTC+04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Gəncədə “Green Heart” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.

Aznews.az xəbər verir ki, bunu diplomat tviterdə yazıb.

“Bu layihənin çox maraqlı tarixçəsi var. Bal ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olur və ağaclar məhz arılar üçün əkilib”, - o bildirib.