Lukaşenko Putinlə görüşəcəyini deyib

28 Noyabr 2022 13:16 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda görüşəcək.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bildirib.

Bu gün Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüş zamanı Lukaşenko Putinlə görüş zamanı bir sıra məsələlərin müzakirə olunacağını deyib. “Rusiya Prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsi müzakirə olunacaq. Bəzi xırda məsələləri həll etsək, ticarət dövriyyəsi həcmin artırılması istiqamətində böyük irəliləyiş olar. Bizim üçün əsas məsələ budur və 2022-ci il göstərdi ki, biz bunun öhdəsindən gələcəyik”, Lukaşenko qeyd edib.