Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək

28 Noyabr 2022 15:37 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Dəyişikliklə Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.