7 ölkənin XİN rəhbərləri Kiyevə gedib

28 Noyabr 2022 16:18 (UTC+04:00)

Bu gün Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç xarici işlər nazirləri Ukraynanın paytaxtı Kiyevə gedib.

Aznews.az APA-ya istinadən xəbər verir ki, barədə Estoniya XİN rəhbəri Urmas Reynsalu “Twitter“də yazıb.

“Biz, xarici işlər nazirləri, Ukrayna ilə həmrəyliyimizi nümayiş etdirmək üçün bu gün Kiyevdəyik. Rusiyanın raket yağışına və vəhşiliyinə baxmayaraq, Ukrayna qalib gələcək” – Reynsalu qeyd edib.