İraqın Baş naziri Tehrana səfər edib

29 Noyabr 2022 12:17 (UTC+04:00)

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani Tehrana səfər edib.

Aznews.az APA-ya istinadən xəbər verir ki, səfər bu gün səhər başlayıb.

Nazir ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Bundan başqa, iki ölkə arasında İraqın Kürdüstan bölgəsində terror qruplarının fəaliyyətinin dayandırılmasına dair danışıqlar aparılacağı bildirilir.