Stoltenberq: Rusiya ilə dialoq indi mümkün deyil

29 Noyabr 2022 12:37 (UTC+04:00)

NATO illər ərzində Rusiya ilə konstruktiv dialoq üçün çalışıb, lakin indi bu mümkün deyil.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Aspen-GMF Buxarest Forumunda deyib.

“Biz illər ərzində Rusiya ilə konstruktiv dialoqa və konstruktiv münasibətlər qurmaq üçün çalışmışıq, amma Rusiya həmişə bundan qaçıb”, - Alyansın Baş katibi bildirib. O qeyd edib ki, hazırkı şəraitdə Rusiya ilə mənalı dialoq mümkün deyil: “Eyni zamanda, Rusiya ilə hərbi kanalları açıq tutmağa ehtiyacımız var, çünki bu, hər hansı insident və eskalasiyanın qarşısını almaq üçündür. Ancaq bir daha vurğulayıram ki, hazırda Rusiya ilə institutlaşdırılmış dialoq, Rusiya-NATO Şurasının fəaliyyəti mümkün deyil”.