Bir gecədə 2 ev və 1 mağaza yandı

9 İyul 2013 07:14 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 1 otaqlı bağ evinin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Fövqəakladə Hallar Nazirliyinin məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Abşeron şəhəri, Qobu kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın saat 04:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan marketin yüksək temperaturdan lambirdən ibarət tavanı 16 kv.m sahədə əriyib və ərzaq malları qısmən yanıb.

Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az