Baş katib: “NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir"

29 Noyabr 2022 14:50 (UTC+04:00)

"NATO ölkələri Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

Y.Stoltenberqin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlində NATO ölkələrinin Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina edilib: “Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilir”.

Baş katib vurğulayıb ki, NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.

Aznews.az