Slovakiya Ukraynaya 30 döyüş maşını verib

29 Noyabr 2022 15:20 (UTC+04:00)

Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib.

Aznews.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter“də yazıb.

O qeyd edib ki, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.