"Şənbə və bazar günləri bankların işləməməsi düzgün deyil"- Rüfət Quliyev

29 Noyabr 2022 16:32 (UTC+04:00)

“Şənbə və bazar günləri banklar işləmir”.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, bu, düzgün deyil: “Turistlərin sayı artıb, bu gün, sabah sərhədlər də açılacaq. Biz turist ölkəsinə çevrilirik və turistlərin rahatlığı üçün bu addımlar atılmalıdır”.