Ukrayna Fransadan reaktiv yaylım atəşi sistemi alıb

29 Noyabr 2022 17:00 (UTC+04:00)

Fransa Ukraynaya daha bir reaktiv yaylım atəşi sistemi verib.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində məlumat verib.

“Dördüncü uzunmənzilli reaktiv yaylım atəşi sistemi Fransadan Ukraynaya tədarük edilib. Ukrayna Ordusu indi düşmənlə mübarizədə daha da güclənib”, - o bildirib.

Nazir vurğulayıb ki, bu, Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski ilə Emmanuel Makron arasında dostluq münasibətlərindən xəbər verir.

Aznews.az