Milli Məclisdə 12 yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

29 Noyabr 2022 21:07 (UTC+04:00)

Milli Məclisdə yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılır.

Aznews.az xəbər verir ki, bu, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Brundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemala, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.