Bir evdə gizlənən FETO üzvü həbs edildi

30 Noyabr 2022 14:06 (UTC+04:00)

Türkiyənin Aydın şəhərində FETO terror təşkilatına üzv olmaqda təqsirləndirilən keçmiş kapitan həbs edilib.

AzNews.az xəbər verir ki, jandarma qrupları tərəfindən 8 il 9 ay həbs cəzası verilən şəxsin Nazilli rayonunda bir evdə gizləndiyi müəyyən edilib.

Ünvana edilən basqın zamanı tutulan keçmiş kapitan prosedurlardan sonra məhkəmə tərəfindən həbs edilib.

Pərvanə