Çavuşoğlu Kuleba ilə görüşüb

30 Noyabr 2022 14:53 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə NATO xarici işlər nazirləri toplantısı çərçivəsində ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə M.Çavuşoğlu sosial media hesabında paylaşım edib.

"Ukraynalı həmkarımla görüşdə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizin və daimi atəşkəs üçün səylərimizin davam edəcəyini vurğuladıq", - o bildirib.

Pərvanə