Çavuşoğlu: İsveç və Finlandiya NATO-ya üzvlük üçün bəzi öhdəliklərini yerinə yetirməyib

30 Noyabr 2022 15:06 (UTC+04:00)

İsveç və Finlandiya NATO-ya üzvlülüyə dair bəzi öhdəlikləri yerinə yetirib, bunu yox saymırıq.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bununla belə, tərəflərin hələ də yerinə yetirmədikləri öhdəlikləri var: “Xüsusən də cinayətkarların ekstradisiyası və terror təşkilatlarının (bu ölkələr ərazisində - red.) fəaliyyətinin dayandırılması mövzusunda müsbət bir addımlar yoxdur”, o deyib.