"Qüdrət Həsənquliyev ölkəmizin Şimali Azərbaycan olmasını 2013-cü ildən təklif edir"

1 Dekabr 2022 10:19 (UTC+04:00)

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin parlametdəki ölkəmizin adının dəyişdirilməsi təklifi, 2013-cü il prezident seçkilərində partiyamızın seçki şüarından biri olub".

Bunu Aznews.az müxbirinə BAXCP sədrinin müavini, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

O, daha sonra deyib: "Peşəkar siyasətlə məşğul olanlar yaxşı bilir ki, Qüdrət bəy Azərbaycanın adının dəyişdirilərək Şimali Azərbaycan qoyulması təklifini bir necə ildir ki edir. İstənilən şəxs BAXCP-nin 2013-cü il seçki platformasını elektron resurslardan əldə edib, bunu görə bilər. Həmçinin də bunu bukletlərimizdə də xüsusu olarqaq qeyd etmişdik. Prezidentliyə namizəd olan Qüdrət bəy təklifini İTV canlı debatlarından da səsləndirib. Onun parlamentdəki çıxışı ölkənin bir nömrəli xəbərinə çevrildi. Bütün TV-lər, yazılı və elektron mediada, xüsusən sosial şəbəkələrdə yüz minlərlə insanın müzakirəsinə səbəb oldu. Böyük əksəriyyət Qüdrət bəyin bu təklifini dəstəkləyir! Birincisi, Qüdrət bəy mərhum Əbülfəz Elçibəyin müşaviri olub və digər tərəfdən Ədliyyə Nazirliyində ilk dəfə rəsmi qeydiyyatdan keçmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Partiyamızın adında bütöv Azərbaycan var. Məgər, yaxın tariximizi unutmuşuq?! Fars və rus imperiyası Gülüstan və Türkmənçay müqaviləsi ilə Azərbaycanı iki bölməyib? Uzun illərdi deyirik, Cənubi Azəraycanda 35-40 milyon soydaşımız yaşayır. Və artıq Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, İranda yaşayan milyonlarla soydaşımızın hüquqlarını müdafiə edəcəyik! Əhalisi 4 dəfə bizdən çox olan, ərazisi bizdən dəfələrlə böyük olan Cənubi Azərbaycan varsa, deməli biz də 10 milyonluq Şimali Azərbaycanıq! Yadınıza düşürsə, ilk dəfə olaraq Azərbaycanın prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının qurultayında bəyan etdi ki, mən 50 milyonluq azərbaycanlıların Prezidentiyəm! II dünya müharibəsindən sonra alman xalqını iki hissəyə bölmüşdülər, ADR və AFR . 70 ildən sonra almanlar bütöv Almaniyanı əldə etdilər. Qüdrət bəyin bu təklifi də dünya ictimaiyyətinə bir mesajdır, iki bölünmüş xalq olduğumuzu çatdırmaqdır, həmçinin də Cənubi Azərbacanda yaşayan milyonlarla soydaşımıza stimuldur! Gec və ya tez Azərbaycan BÜTÖVLƏŞƏCƏK!!!".

Nuray