"Taliban" qadınlara parklara girişi qadağan edib

1 Dekabr 2022 13:30 (UTC+04:00)

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" terror qruplaşması tərəfindən qadınların Kabildə parklara getməsi qadağan edilib.

Aznews.az xəbər verir ki, qadınlar üçün yerlərin daralması ilə bəziləri Talibanın təzyiqlərinə qarşı çıxmağın yollarını tapmağa çalışır.

Bundan əvvəl onların kişi müşayiəti olmadan ölkəni, hicabsız və ya örtüksüz evlərini tərk etmələri qadağan edilib.

Fəal Laila Basim qadınlar üçün kitabxana yaradıb. Müxtəlif mövzularda müxtəlif dillərdə minlərlə kitab var.

Xanım fəal qeyd edir ki,“Biz bununla "Taliban"a əfqan qadınlarının səssiz qalmayacağını göstərmək istəyirik və ikinci məqsədimiz qadınlar, xüsusən də təhsildən məhrum olan qızlar arasında kitab oxumaq mədəniyyətini genişləndirməkdir”.

Mövsüm Şahsuvar