Yaponiya eynicinsli nikahlara qadağa qoyub

1 Dekabr 2022 14:10 (UTC+04:00)

Tokyo məhkəməsi eynicinsli nikahlara qoyulan qadağanı təsdiqləyib, lakin eynicinsli ailələr üçün hüquqi müdafiənin olmaması onların insan hüquqlarının pozduğunu bildirib. Bu şərh iddiaçılar tərəfindən "LGBTQ" cütlüklərinin qismən qələbəsi kimi qarşılanıb.

Aznews.az Nbcnews.com-a istinadən xəbər verir ki, Yaponiya Böyük Yeddilik ölkələri arasında eynicinsli nikahlara icazə verməyən yeganə ölkədir və onun konstitusiyası nikahı hər iki cinsin qarşılıqlı razılığı əsasında müəyyən edir.

Baş nazir Fumio Kişidanın hakim partiyası hələlik məsələni nəzərdən keçirmək və ya dəyişiklik təklif etmək planlarını açıqlamasa da, bir neçə yüksək vəzifəli üzv eynicinsli nikahları dəstəkləyir.

Mövsüm Şahsuvar