İspaniyada daha bir şübhəli bağlama tapılıb

1 Dekabr 2022 15:10 (UTC+04:00)

Ukraynanın Madriddəki səfirliyində bir nəfərin yaralandığı partlayışdan sonra İspaniya Müdafiə Nazirliyində daha bir şübhəli bağlama tapılıb.

Aznews.az xəbər verir ki, bomba olduğu ehtimal edilən şübhəli bağlamanın tapılmasından sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib.

İspaniya mətbuatına verilən açıqlamada şübhəli paketin dünən Madriddə partlayan bombaya bənzədiyi iddia edilib. İspan polisi dünən axşam saatlarında Saraqosa şəhərindəki "Instalaza" adlı silah fabrikinə şübhəli bir zərfin gəldiyini də açıqlayıb.

Sözügedən fabrik Ukraynaya hədiyyə edilən reaktiv yaylım atəşi sistemlərini istehsal edir.

Hər 3 hadisənin bağlı olub-olmadığı hələ məlum deyil.

Mövsüm Şahsuvar