Türkiyədə 1000 litr saxta spirtli içki ələ keçirilib

2 Dekabr 2022 10:30 (UTC+04:00)

Türkiyənin Manisa vilayətində saxta spirtli içki emal edən şəxs saxlanılıb.

AzNews.az xəbər verir ki, onun evində 1000 litrə yaxın saxta spirtli içki, həmçinin 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Mövzu ilə bağlı istintaq davam edir.

Pərvanə