Özbəkistandan 5 ölkəyə torpaq iddiası

9 İyul 2013 08:06 (UTC+04:00)
"Özbəkistan milli təhlükəsizliyi ilə bağlı məsələyə daha diqqətlə yanaşmalı və keçmiş SSRİ-nin bir sıra respublikalarına qarşı torpaq iddiası ilə çıxış etməlidir".

Bu fikri özbək akademiki, iqtisad elmləri doktoru Rüstamjon Abdullayev bildirib.

Özbək mətbuatında yer alan məqaləsində o, özbək tarixinə diqqət yetirərək Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana qarşı torpaq iddiası ilə çıxış etməyin zamanı çatdığını vurğulayıb.

12news.uz saytında dərc olunan məqalə daha sonra Rusiya mətbuatında da böyük əks-səda doğurub.

Elnarə
AzNews.az