Türkiyə DİN Süleyman Soylu Macarıstanlı həmkarı Pinterlə görüşüb

2 Dekabr 2022 17:20 (UTC+04:00)

Aznews.az xəbər verir ki,Türkiyə DİN Soylu Macarıstanın daxili işlər naziri Pinter ilə nazirliyin kampusunda yerləşən Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (GAMER) görüşüb.

İclasda daxili işlər nazirinin müavini Tayyib Səbri Erdil, Jandarma Baş Komandanı Arif Çətin və Təhlükəsizlik Baş direktoru Mehmet Aktaş da iştirak edib. Mətbuata qapalı keçirilən ikitərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Soylu və Pinter açıqlama verib.

Soylu, “Cənab Pinter ikitərəfli görüşlərimizdə 'Türkiyə-Macarıstan əlaqələri mükəmməldir' deyə gözəl açıqlama verdi. Cənab Pinterin bu açıqlaması bizim üçün əhəmiyyətlidir."-deyə vurğulayıb.

Mövsüm Şahsuvar