Dmitri Peskov: ''Vladimir Putin Co Baydenlə danışıqlara açıqdır''

2 Dekabr 2022 17:34 (UTC+04:00)

Peskov jurnalistlərə verdiyi açıqlamada Baydenin Rusiyanın Putinlə görüşmək üçün Ukraynanı tərk etməli olduğu sözlərini xatırladıb.

Aznews.az xəbər verir ki,Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirən Peskov, “Xüsusi hərbi əməliyyatlar davam edir. Bununla belə, Putin təmaslara və danışıqlara açıqdır. Maraqlarımıza nail olmaq üçün ən çox üstünlük verilən vasitə dinc diplomatik yollardır”. - deyə qeyd edib.

ABŞ-ın Rusiyanın “yeni torpaqlarını” hələ də tanımadığını və bunun qarşılıqlı təmasları çətinləşdirdiyini qeyd edən Peskov Putinin ölkəsinin maraqları üçün hər zaman danışıqlara açıq olduğunu vurğulayıb.Peskov xatırladıb ki, Putin hələ Ukraynada “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl ABŞ, NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə hazırlanmış layihə mətnləri əsasında danışıqlara başlamağa çalışıb və bu təşəbbüs hələ də cavabsız qalmaqdadır.

Mövsüm Şahsuvar