Mask açıqladı: Baydenin oğlu ilə bağlı yazılar senzuraya məruz qalıb

3 Dekabr 2022 14:52 (UTC+04:00)

Twitter-in yeni sahibi İlon Mask 2020-ci il prezident seçkiləri öncəsi ABŞ prezidenti Co Baydenin komandasının tələbi ilə şirkətin keçmiş rəhbərliyinin Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərə senzura tətbiq etdiyi sənədləri açıqlayıb.

Aznews.az xəbər verir ki,Taibbinin "Twitter Faylları" başlığı ilə paylaşdığı və Twitter işçiləri arasında mesajların yer aldığı yazışma Musk tərəfindən paylaşılıb.

Muskdan aldığı fayllar əsasında bir sıra tvitlər edən Taibbi, Twitter-in son dərəcə sərbəst ünsiyyət üçün qurulduğunu, lakin zamanla təhlükəsizlik baxımından platformaya müxtəlif nəzarət mexanizmlərinin əlavə edilməli olduğunu qeyd edib.

Mövsüm Şahsuvar