Kuleba ukraynalı diplomatlara qarşı 12 ölkədə 18 təhdidin olduğunu açıqlayıb

3 Dekabr 2022 16:51 (UTC+04:00)

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba 12 ölkədə diplomatik nümayəndəlik işçilərinin təhdidlər alması ilə bağlı səfirlərlə görüş keçiriləcəyini elan edib.

Aznews.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

“Bu günə qədər 12 ölkədə 18 təhdid hadisəsi yaşanıb: İspaniyada terror aktına cəhd, Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriya, Çexiya, Vatikan, Fransada çıxarılmış heyvan gözlərinin olduğu paketlərlə hədələr, Qazaxıstanda minalanma xəbərləri, eləcə də ABŞ-da şübhəli məktub”, - o yazıb.