İranda əxlaq polisi ləğv edilib

4 Dekabr 2022 14:56 (UTC+04:00)

İranda davam edən etiraz aksiyaları fonunda əsas fəaliyyət istiqaməti qadınların hicab taxmasına nəzarət etmək olan əxlaq polisi ləğv edilib.

Aznews.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran baş prokuroru Məhəmməd Cəfər Montazeri bildirib.

Baş prokuror deyib ki, əxlaq polisi ləğv edilsə də, məhkəmə bu sosial problemlə məşğul olmağa davam edəcək.