Dayı bacısı oğlunu bıçaqladı - Sumqayıtda

9 İyul 2013 08:19 (UTC+04:00)
Sumqayıtda bıçaqlanma olub.

Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini, 1980-ci il təvəllüdlü Vüsal Tahir oğlu Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı V. Əsgərovun dayısı, 1966-cı il təvəllüdlü Əliabbas Cəbrayılov tərəfindən bıçaqlandığı müəyyənləşib. Ə. Cəbrayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az