Üç çinli astronavt Çinin kosmik stansiyasında altı aylıq missiyanı başa vurduqdan sonra Yerə qayıdıb.
Aznews.az xəbər verir ki,onlar iyunun 5-də Tianqonq kosmik stansiyasının noyabrda tamamlanan son tikinti mərhələsinə nəzarət etmək üçün kosmosa çıxıblar.
Ekipaj bazar günü Çinin muxtar Daxili Monqolustan bölgəsində Shenzhou-14 kosmik gəmisinə enib.
Çinin Kosmik Agentliyi missiyanı "tam uğurlu" elan edib.
Komandir Çen Donq və komanda yoldaşları Liu Yang və Cai Xuzhe dövlət televiziyası CCTV tərəfindən yayımlanan səs yazısında enişdən sonra özlərini yaxşı hiss etdiklərini söyləyiblər.
Mövsüm