İranda əxlaq polisinin ləğv ediləcəyi və qadınların örtünmə qaydalarının yumşaldılacağı iddialarına baxmayaraq, rejim əleyhinə nümayişçilər dekabrın 5-dən başlayaraq üç günlük ümumi etiraz aksiyası elan ediblər.
AzNews.az xəbər verir ki, tələbələrin və müxalifət qruplarının sosial media hesablarında dekabrın 7-də Tehranın Azadi meydanında keçiriləcək nümayişlərə çağırış edilib.
Oxşar nümayişlərin ən azı 30 şəhərdə keçiriləcəyi bildirilir.
Pərvanə