Kənan Doğulu: Berenə aşiqəm, məni xoşbəxt edir

5 Dekabr 2022 18:39 (UTC+04:00)

Müğənni Kənan Doğulu və həyat yoldaşı aktrisa Beren Saat mükafatlandırma mərasiminə qatılıb.

Kənan Doğulu “İlin ikonu” seçilib. O, mükafatı həyat yoldaşı Beren Saatdan alıb.

Beren Saatın sözləri Doğulunu səhnədə ağladıb. Həmin emosional anlar sosial mediada gündəm olub.
Kənan Doğulu: "Mən Berenə aşiqəm, o məni çox xoşbəxt edir" deyib.
Mükafatı alarkən göz yaşlarını saxlaya bilməyən Kənan Berenə "səni sevirəm" deməyi də yaddan çıxarmayıb.

Nuray

Aznews.az