Rusiya səfiri Kanada XİN-ə çağırılıb

6 Dekabr 2022 06:58 (UTC+04:00)

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə səfir məlumat verib.

Onun sözlərinə görə, Kanada XİN-ə çağırılmasına səbəb Rusiya diplomatik missiyasının Qolodomorla bağlı bəyanatı olub.