İranda "Əxlaq polisi" xaosu

6 Dekabr 2022 11:00 (UTC+04:00)

İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlar bütün qüvvəsi ilə davam edir. İranın rəsmi mediası Mahsa Əmini nümayişlərindən sonra “Əxlaq Polisi”nin ləğv edildiyini təkzib etsə də, hökumət rəsmiləri ziddiyyətli açıqlamalar verib. Fəallar rejimin bu xəbərlərlə diqqəti yayındırmağa çalışdığını iddia edirlər.

Aznews.az xəbər verir ki,etirazların səngimədiyi İranda “Əxlaq Polisi” funksiyasını yerinə yetirən İrşad Patrullarının həftəsonu həm ölkədə, həm də dünyada böyük əks-səda doğurduğu xəbəri yayılıb. Bildirilib ki, İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri məcburi hicab qanununa yenidən baxıldığını, Əxlaq Polisinin də ləğv edildiyini bildirib.

Bununla belə, İranın dövlət mediası Montazerini təkzib edərək, Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarına nəzarət etdiyini və bunun məhkəmə sisteminin vəzifəsi olmadığını bildirib. Müntəzerinin bu açıqlamasının konfransda ona verilən suala bədahətən cavab olduğu bildirilib. Dünya mətbuatı sözügedən hadisəni rejimin “geri addımı” kimi elan etmişdi.

Mövsüm