Bakı sakininin avtomobilində silah-sursat aşkarlanıb

7 Dekabr 2022 10:34 (UTC+04:00)

Bakı sakininin avtomobilində silah-sursat aşkarlanıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini Cəmil Mirbağırovun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.