Borc davasında 4 nəfər yaralandı

7 Dekabr 2022 15:42 (UTC+04:00)

Türkiyənin Ağrı vilayətində borc məsələsinə görə 2 qrup mübahisə edib.

AzNews.az xəbər verir ki, hadisə səhər saatlarında heyvan bazarında baş verib.

Mübahisə zamanı tapançadan havaya bir neçə əl atəş açılıb, daha sonra dəyənəklərdən istifadə edilərək davaya çevrilib. Zərbələr nəticəsində yaralanan 4 nəfər isə təcili yardımlarla xəstəxanaya aparılıb.

Pərvanə