Uruqvayın dünya bazarına açılmaq istəyi Cənubi Amerikada gərginliyə səbəb oldu

7 Dekabr 2022 15:55 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Uruqvay Prezidenti Luis Lacalle Po paytaxt Montevideoda Mercosur-un qərargahında etdiyi çıxışda ölkəsinin dünyaya açılmalı olduğunu Trans-Sakit Okean Tərəfdaşlığının xaricində Çinlə əlavə olaraq azad ticarət müqaviləsi imzalamağı düşündüyünü bildirdi.

“Biz dünyanın ən proteksionist bölgələrindən biriyik”, - deyə o bildirib.

Lacalle Po qeyd edib ki, təşkilat olaraq digər ölkələrlə müqavilələr bağlamaq daha yaxşı olardı, lakin digər üzvlər hələlik bunu etmək istəmir. O digər üzvləri də Çinlə müqavilə bağlamağa çağırıb.

Argentina prezidenti Alberto Fernandez de Lacelle Ponun 31 il əvvəl qurulan təşkilat daxilindəki problemlərin üzv ölkələrin iqtisadiyyatları arasındakı balanssızlıq səbəbindən yarandığına dair açıqlamaları ilə razılaşdığını ifadə edərək, " Biz bu problemləri heç vaxt həll etməmişik, onları necə həll edəcəyimizi anlamaq vaxtıdır” dedi.

Paraqvay, Braziliya və Argentinanın xarici işlər nazirləri Uruqvayın digər ölkələrlə razılığa gəlməyə çalışacağı təqdirdə təşkilatın "yekdil qərar" qaydasını pozacağını və bəzi ticarət sanksiyaları ilə üzləşə biləcəyini bildiriblər.

Mövsüm