Azərbaycanda yeni QHT qeydə alındı

7 Dekabr 2022 19:04 (UTC+04:00)

Bu gün Azərbaycanda yeni QHT dövlət qeydiyyatına alınıb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində "Pragma" Sosial inkişafa və Ekologiyanın qorunmasına dəstək İctimai Birliyinin şəhadətnaməsi təsisçilərə təqdim olunub.

Bu barədə AzNews.az-a yeni qeydə alınmış ictimai birliyin sədri Taleh Şahsuvarlı məlumat verib.

Sədr respublikanın Ədliyyə naziri Fikrət Məmmədova, Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəhbəri İlqar Məmmədova, həmin idarənin məsul əməkdaşı Aytən Abbasovaya öz təşəkkürünü bildirib.

Taleh Şahsuvarlı həmçinin bildirib ki, "Pragma"nın əsas fəaliyyət zonası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları olacaq

Nuray