Dost görünüb, bəzən düşmən olan QİDALAR

8 Dekabr 2022 11:12 (UTC+04:00)

Sağlamlığa çox faydalı olmağıyla bilinən bir çox qida məhsulu var ki, sən demə onları həddən artıq qəbul etmək, kifayət qədər ciddi mənfi nəticələrə gətirib çıxara bilər.

Aznews.az hətta ölüm riski yaradan bu qidaları oxuculara təqdim edir.

KARTOF

Tərkibində xeyli miqdarda nişasta, C, B1, B2, B3 və B6 vitaminləri, həmçinin P, K, Mg, CI və S var. Tərkibində zülal az olsa da, bioloji dəyəri kifayət qədər yüksəkdir. 120 qram xarab olmuş kartof qabığı yeyildikdə sinir sistemi tamamilə dayanır və bu ölümlə nəticələnir. Kartof qabığındakı qaralmalara diqqət yetirin.

BAL

Arılar çiçəklərdən nektar toplayıb bal hazırlayırlar. Bu qiymətli həşəratlar nektar toplama prosesi zamanı tozlanma prosesini də yerinə yetirir ki, bu da çiçəklərin canlı qalmasında mühüm rol oynayır. Qüsursuz yaradılışlı bu möcüzəvi canlıların iki mədəsi var. Mədələrdən birində nektarı xüsusi fermentlə qarışdıraraq bal hazırlayırlar. 5 xörək qaşığı pasterizə olunmamış bal tərkibindəki qranoya toksini səbəbindən ölümcül ola bilər. Üstəlik, zəhərlənməyə gətirib çıxara bilər. Bəzi insanlarda allergiyayanı tətikləyə bilər.

DARÇIN

Tərkibindəki bioaktiv komponentlər sayəsində darçın bədəndə bakteriya, virus, göbələk və parazitlərin yaratdığı infeksiyalarla mübarizə aparır. İmmunitet sistemini gücləndirir və orqanizmin xəstəliklərlə daha güclü mübarizə aparmasına kömək edir. Yeməklərin, desertlərin və içkilərin əvəzolunmazı olan darçından 40 qaşıq yesəniz, benzaldehid zəhərlənməsindən həyatınızı itirə bilərsiniz. Bu səbəbdən darçından yetərincə istifadə etməyi unutmayın.

ALMA TOXUMLARI

Alma, albalı, gavalı, armud və ərikdə siyanogen adlanan bir növ zəhərli turşu var. Az miqdarda yeyildikdə zərər verməyən bu maddə, yüksək miqdarda qəbul edildikdə insanı öldürmək potensialına malikdir. Bu toxumları udmaq belə zərərlidir, çeynəmək isə daha pis nəticələrə səbəb ola bilər. Alma toxumlarında bir növ karbohidrat olan pektin qazı var. Bu qaz mədə dəliyindən tutmuş bağırsaqlarda qaz toplanmasına qədər bir çox problemə səbəb ola bilər. Həmçinin, bəzi insanlarda allergiyaya gətirib çıxara bilər. Diqqətli olun!

TUNA BALIĞI

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən immuniteti gücləndirəcək qidalar arasında yer alan konservləşdirilmiş tuna balığı aşağı kalorili olmasının əksinə yüksək Omeqa-3, zülal və minerallarla zəngindir. Bu həm də selenium, D vitamini və B vitamini kompleksi kimi qiymətli vitamin və mineralları təmin etmək baxımından əhəmiyyətli bir qidadır. Ancaq bu balıqda civə var ki, bu da həddən artıq qəbul edildikdə bədəndə zəhərlənməyə səbəb ola bilər. Pəhriz saxlayanlar bu məsələyə diqqət yetirməlidirlər.

Nuray

AzNews.az