Türkiyədə sürücü iti avtomobillə vurduqdan sonra üzərindən keçib

8 Dekabr 2022 12:34 (UTC+04:00)

Türkiyədə avtomobil yolda dayanan iti vuraraq onun üstündən keçib.

AzNews.az xəbər verir ki, hadisə dekabr ayının 2-də Arnavutköydə qeydə alınıb.

Belə ki, "Bulldog" cinsli itini atasının evinə qoyan Gamze Demircioğlu itin gün ərzində yoxa çıxdığını anlayıb. 1 gün ərzində ailəsi ilə birlikdə iti axtaran və tapa bilməyən G. Demircioğlu daha sonra ətrafdakı təhlükəsizlik kameralarını araşdırıb.

Təhlükəsizlik kameralarını izləyən ailə üzvləri itlərinin qonşularının maşınının arxasınca qaçarkən avtomobilin altında qaldığını görüb.

Nəqliyyat vasitəsinin üzərindən keçdiyi it yolun kənarındakı dərəyə düşərək ölüb. G. Demircioğlu qonşuları ilə bağlı polisə şikayət edib. Qonşular iti görmədiklərini və onun nəqliyyat vasitəsinin altında olduğunu fərq etmədiklərini bildiriblər.

Pərvanə