İki qadın "Apple" şirkətini məhkəməyə verib

8 Dekabr 2022 15:53 (UTC+04:00)

ABŞ-də iki qadın "Apple AirTag" məhsulu ilə izlənildiyini anlayaraq şirkətə qarşı iddia qaldırıblar.

Aznews.az xəbər verir ki, iki qadın birlikdə Kaliforniya məhkəməsində "Apple"nin məhsulu qeyri-qanuni istifadədən qorumaq üçün kifayət qədər iş görmədiyini iddia edərək məhkəməyə müraciət ediblər

Məhsulların gizli şəkildə çantalarına və avtomobillərinə qoyulduğunu deyən qadınlar şəxsi həyatlarının pozulduğunu iddia ediblər.

2021-ci ildə AirTags-i təqdim edən Apple məhsulu ABŞ-da 29 dollara satılır. Bluetooth vasitəsilə "iPhone" və "iPad"lərə qoşularaq işləyən məhsul istifadəçiyə ani məkan məlumatlarını ötürür.

Mövsüm